Azərbaycanda 32 turizm şirkəti elektron viza sənədləşdirə bilər
Bakı, 16 noyabr (AZƏRTAC). Hazırda Azərbaycanda 32 turizm şirkəti xarici turistlərə elektron vizaları sənədləşdirmək hüququna malikdir.
Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən AZƏRTAC-a bildirilmişdir ki, “Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” Prezident İlham Əliyevin 30 noyabr 2012-ci il tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə 2013-cü ilin martın 15-dən turistlər üçün elektron viza sisteminin tətbiqinə başlanılmışdır.
Sistem bütün viza proseduralarının elektron formata yönəldilməsi məqsədilə tərtib edilmişdir. Beləliklə, turistlər bütün lazımi informasiyanı turizm şirkətlərinə və ya onların xarici ortaqlarına təqdim etməlidirlər. Bundan sonra milli şirkətlər müvafiq sənədləri hazırlayaraq Xarici İşlər Nazirliyinə (XİN) müraciət edirlər. Elektron vizalar XİN tərəfindən (təxminən 15 gün ərzində) təsdiq edildikdən sonra elektron formatda turistə göndərilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:14]