AZƏRBAYCANDA DİNİ ƏDƏBİYYAT NƏŞRİ ARTIR
Xatırladaq ki, şöbə dini ədəbiyyatın nəşrinə və ölkədə yayılmasına nəzarət etmək məqsədi ilə bu il yaradılmışdır.
R.Əliyev demişdir ki, bu il ekspertiza şöbəsinə resenziya üçün 354 kitab daxil olmuşdur. Onlardan 275-i islama, 40-ı xristianlığa həsr edilmiş, 33-ü “İyeqovanın şahidləri”, 6-sı “Beynəlxalq Krişnaçılar Cəmiyyəti” mövzusunda idi. Kitabların 53-ü Azərbaycan, 92-si rus, 141-i türk, 27-si fars və 33-ü ingilis dilində çap edilmişdir. 33 kitab resenziya üçün ayrı-ayrı vətəndaşlardan və müxtəlif qeyri-hökumət təşkilatlarından daxil olmuşdur. Lakin kitabların heç də hamısı ölkəmizə qanuni yolla gətirilmir. Qaçaqmalçılıq yolu ilə gətirilən kitablar müsadirə olunaraq Komitəyə təqdim edilir. Ekspertiza şöbəsi bu il zərərli ədəbiyyat kimi 89 kitabın ölkəmizin ərazisində yayılmasına qadağa qoymuşdur.
Hesablamalarımıza görə, bu il ekstremal, radikal dini ədəbiyyatın sayı azalmışdır. Bu, onunla əlaqədardır ki, dini təşkilatlarla və dini ədəbiyyatın çapı və yayılması ilə məşğul olan nəşriyyatlarla izahat işi aparılır, faydalı əlaqələr yaradılır. Lakin təəssüf ki, bunu jurnallar və qəzetlər, habelə televiziya verilişləri barədə demək olmaz. Bu sahədə həlli vacib problemlər çoxdur. 2006-cı ildə əhalinin dini ədəbiyyata tələbatını ödəmək üçün yeni qəzet və jurnallar, kitablar nəşr olunacaqdır.