Azərbaycanda dövlət quruculuğunun inkişafı Ulu Öndərin adı ilə bağlıdır
Göygöl, 9 may, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin 103 illiyi münasibətilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Göygöldə “Xalqımızın qəlbində yaşayan əbədi lider” mövzusunda konfrans keçirilib.
AZƏRTAC-ən bölgə müxbiri xəbər verir ki, əvvəlcə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, əziz xatirəsinə ehtiramla yad ediblər. Daha sonra rayon Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib.
Konfransda Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Ümummilli Lider Heydər Əliyevə həsr olunan videoçarx nümayiş olunub.
Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərindən, onun siyasi təcrübəsi və uzaqgörənliyi sayəsində ölkəmizin qazandığı uğurlardan söz açıb. Bildirilib ki, Ümummilli Lider daim millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində təməl prinsip və norma kimi qəbul edib. Qeyd olunub ki, Azərbaycanda dövlət quruculuğunun inkişafı, tərəqqisi Ulu Öndərin adı ilə bağlıdır.
Bir sıra şəxslər fəxri fərmanlarla təltif edilib və YAP sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.
Konfransın bədii hissəsində musiqiçilərin təqdimatında konsert proqramı təqdim olunub.
Tədbir Heydər Əliyev parkının ərazisində ağacəkmə aksiyası ilə davam etdirilib.