AZƏRBAYCANDA KEÇİRİLƏCƏK PARLAMENT SEÇKİLƏRİNİ RUSİYADA DİQQƏTLƏ İZLƏYİRLƏR
Onun sözlərinə görə, Rusiyada Azərbaycan iqtidarının beynəlxalq təsisatlarla əməkdaşlıq şəraitində seçkilərin demokratik xarakterinin təmin edilməsi istiqamətində gərgin fəaliyyəti diqqəti çəkir. M.Kamınin demişdir: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 11 may və 25 oktyabr tarixli sərəncamlarının əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Bu sənədlər sayəsində seçkiqabağı kampaniyanın aparılması, habelə seçkilərin keçirilməsi üçün, - o cümlədən kütləvi informasiya vasitələrində,- əlverişli, demokratik standartlara uyğun şərait yaradılmışdır. Əhalinin siyasi fəallığından belə bir fakt da xəbər verir ki, parlamentdəki 125 yerə müxtəlif partiyaları və müasir Azərbaycan cəmiyyətinin təbəqələrini təmsil edən 2 mindən çox namizəd qeydə alınmışdır”.
Rusiya XİN-in rəsmi nümayəndəsi sonda demişdir: “Rusiyada hesab edirlər ki, Azərbaycanda seçkilər zamanı milli seçki qanunvericiliyinə dəqiq riayət olunması cəmiyyətin demokratik əsaslarının möhkəmləndirilməsi, ölkədə gələcək siyasi və iqtisadi islahatlar üçün şərait yaradacaqdır. Rusiya seçkilərin maksimum obyektiv qiymətləndirilməsi üçün həm MDB xətti ilə, həm də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun monitorinq missiyasının tərkibində öz müşahidəçilərindən ibarət böyük bir qrup göndərmişdir. Ümidvarıq ki, seçkilər dinc şəraitdə keçəcək və vətəndaşlar seçkilərin gedişində öz mövqelərini sərbəst ifadə edə biləcəklər”.