Azərbaycanda ötən il 359 qadına elmi dərəcə verilib
Bakı, 7 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) 2025-ci ildə elmi dərəcə verilmiş qadın və kişi iddiaçıların sayına dair statistik məlumatları açıqlayıb.
AAK-dan AZƏRTAC-a bildirilib ki, hesabat dövründə müxtəlif elm sahələri üzrə 322 qadına və 152 kişiyə fəlsəfə doktoru, 37 qadına və 45 kişiyə isə elmlər doktoru elmi dərəcəsi verilib.
Fəlsəfə doktoru elmi dərəcəsi alan qadın iddiaçıların sayı xüsusilə filologiya elmləri (87), biologiya elmləri (43), tibb elmləri (32), texnika elmləri (26) və iqtisad elmləri (34) sahələrində üstünlük təşkil edib. Kişi iddiaçıların sayı isə əsasən iqtisad elmləri (47), texnika elmləri (15), tibb elmləri (14) və filologiya elmləri (11) üzrə qeydə alınıb.
Elmlər doktoru elmi dərəcəsi üzrə qadın iddiaçıların sayı biologiya elmləri (5), tibb elmləri (5), texnika elmləri (5), filologiya elmləri (7) və pedaqogika (5) sahələrində daha çox olub. Kişilər arasında isə texnika elmləri (9), iqtisad elmləri (5), hüquq elmləri (6), filologiya elmləri (5) və biologiya elmləri (3) sahələri üstünlük təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [13:00]
Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır
- 07.08.2026 [12:27]
Proqram mühəndisliyinə dair elmi əsərlərin xülasələr toplusu dərc edilib
- 07.08.2026 [12:03]
Gənc alim və tədqiqatçılar üçün yay düşərgəsi təşkil olunacaq
- 07.08.2026 [11:58]
BMU məzunu ABŞ-nin nüfuzlu universitetində təhsilini davam etdirəcək
- 07.08.2026 [11:44]
Naxçıvanın ümumtəhsil məktəblərinə 2255 kompüter verilib
- 07.08.2026 [11:28]
Magistratura təhsili əmək bazarında üstünlük yaradırmı?
- 07.08.2026 [10:58]