“Azərbaycanda sosial iqtisadi inklüzivlik” mövzusunda tədbir təşkil olunub
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-də Bakıda “2030-cu ilə dogru: Azərbaycanda sosial iqtisadi inklüzivlik" mövzusunda tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Baş nazirin müavini, Dayanıqlı inkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin kootdinatoru Viktor Bohkov və başqaları iştirak edirlər.
Tədbirdə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədən sonrakı dövrdə sosial iqtisadi inkişafı, həyata kecirilən islahatlar və perspektivdə ölkəni gözləyən inkişaf tendensiyaları nəzərdən keçirilir.