Azərbaycanda sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı təsdiqləndi
Bakı, 28 avqust, AZƏRTAC
Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev avqustun 28-də Sərəncam imzalayıb.
Sərəncama əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirəcək və onun icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verəcək.
Bundan başqa, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.
Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [19:34]
Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [18:43]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:20]