AZƏRBAYCANDA YENİ TƏYİN OLUNMUŞ SƏFİRLƏRÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİ ZİYARƏT ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, Portuqaliya, Madaqaskar, Nigeriya, Slovakiya, Qırğızıstan, Kanada və Braziliyanın ölkəmizdə yeni təyin olunmuş səfirləri Horge Alberto Noqueira, Alfonse Maksim Dovo, İbrahim Qanyama Abubakar, Auqustin Çisar, Apas Cumaqulov, İv Brodeur və Çezario Melantonio Neto fevralın 15-də Heydər Əliyev adına Sarayın qarşısındakı parka gələrək, xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasi xadim, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoymuş, onun əziz xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər.
Diplomatlara parkın arxitekturası barədə məlumat verilmişdir.