Azərbaycandakı dini konfessiyaların rəhbərləri Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı, 11 yanvar, AZƏRTAC
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimləri Şəhidlər xiyabanında ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəhrəman şəhidlərimizin ruhlarına dualar oxunub, məzarları önünə gül dəstələri düzülüb.