Azərbaycandakı dini konfessiyaların rəhbərləri Ulu Öndərin xatirəsini anıblar
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimləri Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.
QMİ-nin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, din xadimləri Ulu Öndərin ruhuna dualar oxuyub, məzarı önünə güllər düzüblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə güllər qoyulub.