Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycandakı protestantlar Ermənistanın çirkin təbliğatına qəti etiraz ediblər BƏYANAT

Azərbaycandakı protestantlar Ermənistanın çirkin təbliğatına qəti etiraz ediblər BƏYANAT

Bakı, 30 dekabr, AZƏRTAC

Azərbaycanda fəaliyyət göstərən protestant xristian dini icma rəhbərləri postmüharibə dövründə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan torpaqlarında ekoloji terrora və təbii ehtiyatların qanunsuz istismarına dinc etiraz aksiyası ilə əlaqədar Ermənistanın siyasi və dini rəhbərliyinin beynəlxalq ictimai fikri çaşdırmaq, yanlış istiqamətdə yönləndirmək məqsədilə apardığı təbliğat kampaniyasına qəti etiraz əlaməti olaraq bəyanat yayıblar.

AZƏRTAC xəbər verir ki, bəyanatda protestant xristian dini icmalarının rəsmiləri rəhbəri olduqları icmaların azad iradəsini ifadə etdikləri bildirilib. Qeyd olunub ki, ölkəmizin qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, ziyalıların, gənclərin, ekoloqların, jurnalistlərin və könüllülərin iştirakı ilə “Ekoloji terrora son!” şüarı ilə təşkil olunan dinc aksiya Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış suveren ərazisi olan Şuşada, Xankəndi-Laçın yolunda keçirilir. Bu mənada Ermənistan tərəfinin beynəlxalq ictimaiyyətə başqa bir ölkənin sərhədləri daxilində təşkil olunmuş aksiyaya görə etiraz məktubları, bəyanatları göndərməsi, ümumiyyətlə, hər hansı münasibət bildirməsi absurddur. “Təbəddülatlarla dolu keçən son 30 ildə dünyanın müxtəlif ölkələri tərəfindən aparılan elmi araşdırmalar, təhlillər bəşəriyyətin tezliklə böyük ekoloji böhranla qarşılaşacağına dair SOS siqnalı verməkdə ikən bir qrup azərbaycanlının öz dədə-baba torpaqlarında “ekoloji terrora yox!” deməsinə dəstək verilməsi lazım olduğu halda biz yenə ölkəmizə qarşı ikili standartın tətbiq olunduğunu görür və bundan dərin təəssüf hissi keçiririk”, - deyə bəyanatda vurğulanıb.

Diqqətə çatdırılıb ki, Ermənistanın 30 il ərzində həyata keçirdiyi işğalçılıq siyasətinin, vandallıq və ekoloji terrorun nəticələri haqqında Azərbaycan tərəfi dünya ictimaiyyətini dəfələrlə məlumatlandırmasına baxmayaraq, indiyədək təcavüzkar ölkəyə qarşı nə bir sanksiya tətbiq edilib, nə də hər hansı tədbir görülüb. Rəşadətli Azərbaycan Ordusunun möhtəşəm qələbəsindən sonra Azərbaycan dövlətinin ortaya çıxardığı faktlar tükürpədicidir, ermənilərin təkcə insanlığa deyil, həm də təbiətə qarşı düşmən mövqedə olduqlarının bariz sübutudur. İşğal dövründə ölkəmizin flora və faunasına ciddi zərər vurulub, hektarlarla torpaq və meşə zolaqları yandırılıb, su hövzələri zəhərlənib, şəhər və kəndlərimiz yerlə-yeksan edilib, basdırılmış saysız-hesabsız minalar ucbatından insanlarımızın doğma torpaqlarına qayıdışı ləngiyir, müharibədən sonra yüzlərlə mülki vətəndaş mina terrorunun qurbanına çevrilib. İşğal illərində məscidlər, məbədlər, qəbiristanlar, tarixi abidələr, muzeylər, kitabxanalar dağıdılıb, talan olunub, Alban kilsələri və pravoslav kilsələri dağıdılıb və ya qriqoriyanlaşdırılıb. Ancaq nədənsə özünü dünyanın jandarmı kimi aparan ölkələr, beynəlxalq təşkilatlar bunları “görmür”, azərbaycanlıların təbii sərvətlərin talanmasına və ekologiyaya ziyan vurulmasına qarşı şüarlarla keçirilən dinc xarakterli aksiyasına “humanitar böhran” yarlığı vururlar. Halbuki Azərbaycan dəfələrlə bəyan edib ki, Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlarının humanitar problemlərini, müraciətlərini operativ şəkildə həll etməyə hazırdır və hətta bunun üçün “qaynar xətt” də yaradılıb. Digər tərəfdən, aksiya keçirilən yerdən günlərdir çəkilən videokadrlardan da aydın görünür ki, aksiyaçılar humanitar yük daşıyan və təcili tibbi yardım maşınlarının sərbəst hərəkət edə bilmələri üçün hər hansı maneə törətmir, əksinə, lazımi şərait yaradırlar. Bütün bunlar Azərbaycan xalqının geninə hopmuş humanizmin, sülhpərvərliyin, dövlət rəhbərliyinin sülhsevər siyasətinin göstəricisi olduğu halda, erməni kilsəsinin guya sözügedən aksiyanın Azərbaycanın etnik təmizləmə siyasətinin bir hissəsi olduğunu dünyaya car çəkməsi riyakarlıqdan, ikiüzlülükdən başqa bir şey deyildir. Azərbaycan dövlətinin öz ərazisindəki Laçın yolu ilə bağlı mövqeyi birmənalıdır və dəfələrlə dilə gətirilib: bu yol hərbi və ya hər hansı qanunsuz fəaliyyətlər üçün deyil, yalnız mülki-humanitar məqsədlər üçün istifadə oluna bilər.

“Biz, Azərbaycanda fəaliyyət protestant xristian dini icmalarının rəhbərləri bu bəyanatımızla dünya birliyini, beynəlxalq təşkilatları, nəhayət, ikili standartlardan əl çəkərək həqiqəti görməyə, Azərbaycanın suverenliyinə hörmətlə yanaşmağa, onun suveren ərazisində separatizmə dəstək verməyə deyil, son qoyulmasına yardımçı olmağa, Uca Tanrının hamımıza bəxş etdiyi təbii sərvətlərin talanmasına və törədilən ekoloji cinayətlərə qarşı birgə qətiyyətli mövqe nümayiş etdirməyə çağırırıq!”- deyə sənəddə qeyd edilib.

Bəyanatı imzalayanlar:

Rasim Xəlilov - Bakı şəhəri “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının sədri;

Emil Pənahov - “Vineyard Azərbaycan” xristian dini icmasının sədri;

İdris Məmmədov - Bakı şəhəri “Alov” xristian dini icmasının sədri;

Samir Sadıqov - Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini icmasının sədri;

Elşən Hüseynzadə - Bakı şəhəri Nəsimi rayonu “Həyatverici Lütf” xristian dini icmasının sədri;

Valeriy Katkov - Bakı şəhəri “Molokan ruhani-xristian” dini icmasının sədri;

Mahir Verdiyev - Bakı şəhəri Nərimanov rayonu “Yeddinci günün adventistləri” dini icmasının sədri;

Svetlana Stepanova - Bakı şəhəri “Yeni Apostol” xristian dini icmasının sədri;

Vera Nesterova - Xilaskar Yevangelik-Lüteranların Bakı dini icmasının sədri;

Lyudmila İbrahimova - “Yeni Həyat” xristian İncil dini icmasının sədri;

Yusif Fərhadov - “Həyat Sözü” dini icmasının sədri;

Roman Jmurov - “Şərqdə Ulduz” xristian İncil dini icmasının sədri.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb