AZƏRBAYCANDAN GÜRCÜSTANA 5 LİTRDƏN ARTIQ YANACAQ KEÇİRMƏK OLMAZ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan-Gürcüstan sərhədinin Laqodexi gömrük-buraxılış məntəqəsində Gürcüstana keçən avtomobillərin yanacaq bakında 5 litrdən artıq yanacaq olarsa, onları ölkəyə buraxmırlar.
Sürücülər gürcü gömrükçülərin bu qərarından narazılıq edir və onları maliyyə polisinin tapşırığını yerinə yetirməkdə təqsirləndirirlər.