Azərbaycanın 2 boccia idmançısı “Intercontinental Challenger” çempionatının finalına vəsiqə qazanıb
Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) boccia idman növü üzrə milli komandasının üzvləri Bəhruz Mirzəyev (BC-4) və Sona Ağayeva (BC-2) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən “Intercontinental Challenger” çempionatında finala vəsiqə qazanıblar.
AMPK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, finalda B.Mirzəyev ukraynalı Artem Kolinko, S.Ağayeva isə portuqaliyalı Ana Korreia ilə qarşılaşacaq.
Digər idmançımız Orxan Kərimov (BC-2) bürünc medal uğrunda çexiyalı Josef Zabka ilə mübarizə aparacaq.
Turnirin final mərhələsi aprelin 7-də təşkil olunacaq.
Qeyd edək ki, yarış “Paris-2024” Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]
Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək
- 09.10.2026 [10:32]