AZƏRBAYCANIN ANKARADAKI SƏFİRLİYİNDƏ BAYRAM TƏDBİRİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə Ankaradakı səfirliyimizdə tədbir keçirilmişdir. Bayram tədbirində Türkiyədə fəaliyyət göstərən Türkiyə-Azərbaycan dostluq cəmiyyətlərinin üzvləri, səfirliyimizin işçiləri, Ankarada yaşayan həmvətənlilərimiz, burada təhsil alan tələbələrimiz iştirak etmişlər. Əvvəlcə Türkiyənin və Azərbaycanın dövlət himnləri səslənmişdir. Səfirliyə toplaşanlar ümummilli liderimiz, türk dünyasının görkəmli siyasi xadimi Heydər Əliyevin əziz xatirəsini birdəqiqəlik sükutla yad etmişlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına müraciəti oxunmuşdur. Azərbaycanın Ankaradakı səfiri Məmməd Əliyev, səfirliyin müşaviri Tofiq Abdullayev tədbirdə çıxış edərək bu bayramın ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü və tarixi qərarı ilə qeyd edildiyini bildirmiş, soydaşlarımızın harada yaşamasından asılı olmayaraq onların arasında milli birliyin yaradılmasının əhəmiyyətini vurğulamışlar. Onlar Bakıda Dünya Azərbaycanlılarının 1-ci qurultayının keçirilməsini, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılmasını bu istiqamətdə atılan vacib addımlar kimi qiymətləndirmişlər. Natiqlər Prezident İlham Əliyevin diasporlarımızla əlaqələrə böyük diqqət yetirdiyini nəzərə çarpdırmış, dövlət başçımızın Türkiyəyə rəsmi səfəri zamanı buradakı soydaşlarımız, tələbələrimiz ilə mənalı görüşlərini yada salmışlar. Sonda Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə bayram süfrəsi açılmışdır.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]