Azərbaycanın Avstriyadakı fəxri konsulları Xarici İşlər Nazirliyində olublar
Bakı, 2 oktyabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizin Avstriyadakı fəxri konsulları Helmut Mantsenrayter və Andreas Köniqsberqer ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Elmar Məmmədyarov H.Mantsenrayter və A.Köniqsberqeri fəxri konsul kimi fəaliyyətə başlamaları münasibətilə təbrik edib və onlara Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin imkanları, ölkəmizdə aparılan köklü iqtisadi islahatlar barədə məlumat verib.
Görüşdə Azərbaycan və Avstriya arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, turizm, hava nəqliyyatı və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb.
H.Mantsenrayter və A.Köniqsberqer fəaliyyətləri dövründə iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi, Avstriya şirkətlərinin və sərmayəsinin Azərbaycana cəlb edilməsi üçün səylərini əsirgəməyəcəklərini bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [11:46]
ŞƏT Beyin Mərkəzləri Forumunda Azərbaycanın Orta Güc statusu müzakirə edilib
- 04.06.2026 [16:36]
Belçika-Azərbaycan Forumunun birinci iclası Brüsseldə təşkil olunub
- 03.06.2026 [17:55]
Milli Məclisin sədri Qlobal Konfrans çərçivəsində bir sıra görüşlər keçirib
- 03.06.2026 [10:52]
Ana Brnabiç: Azərbaycan Serbiya üçün dost və müttəfiqdir
- 02.06.2026 [18:12]
Beynəlxalq Siqh Federasiyasının nümayəndələri Milli Məclisdə olublar
- 02.06.2026 [17:13]