AZƏRBAYCANIN BAŞ NAZİRİ GÜRCÜSTAN PREZİDENTİ İLƏ GÖRÜŞMÜŞDÜR
Görüşdə iki ölkə arasında əməkdaşlığın getdikcə daha da dərinləşdirilməsindən məmnunluq ifadə edilmiş və birgə tədbirlərin strateji tərəfdaş olan ölkələrimizin tarixi mehriban qonşuluq və dostluq əlaqələrinin yaxşılaşdırılmasına xidmət etdiyi vurğulanmışdır.
Artur Rasizadə Azərbaycan Prezidenti İlham Əliyevin gürcü xalqına, şəxsən Mixail Saakaşviliyə xoş arzularını çatdırmışdır. O, Batumidə iki gün ərzində hökumətlərarası komissiyanın səmərəli işlədiyini, orada keçirilmiş Azərbaycan-Gürcüstan biznes forumunun hər iki ölkədə sahibkarlığın inkişafına və iqtisadiyyatına qarşılıqlı sərmayələrin cəlb olunmasına yeni imkanlar açacağına əminliyini bildirmişdir.
Görüşdə Gürcüstanın Baş naziri Zurab Noğaideli iştirak etmişdir.
Azərbaycan nümayəndə heyəti avqustun 18-də vətənə qayıtmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:19]
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
- 15.10.2026 [16:13]