Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Ermənistanın növbəti provokasiyasına cavab vermişdir

Bakı, 18 aprel (AZƏRTAC). Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev bu təşkilatın baş katibi Pan Gi Muna məktub göndərmişdir. A.Mehdiyev həmin sənəddə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərinin azərbaycanlı sakinlərinə qanlı divan tutmasının iyirminci ildönümü ilə əlaqədar onun 17 fevral 2012-ci il tarixli məktubuna Ermənistanın daimi nümayəndəsinin cavab vermək üçün göstərdiyi, “öz forma və məzmununa görə həyasız cəhd” olan məktubuna cavab vermişdir.

Azərbaycanın daimi nümayəndəsinin məktubu aprelin 9-da BMT Təhlükəsizlik Şurasının və BMT Baş Məclisinin rəsmi sənədi kimi yayılmışdır.

AZƏRTAC həmin məktubun tam mətnini təqdim edir.

 

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında

Daimi nümayəndəsinin

Baş Katibə məktubu

23 mart 2012-ci il

Zati-aliləri,

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərinin azərbaycanlı sakinlərinə qanlı divan tutmasının iyirminci ildönümü ilə əlaqədar mənim 17 fevral 2012-ci il tarixli məktubuma (А/66/704-S/2012/105) Ermənistan Respublikasının daimi nümayəndəsinin cavab vermək üçün göstərdiyi, öz forma və məzmununa görə həyasız cəhd olan 24 fevral 2012-ci il tarixli məktubuna (А/66/708-S/2012/117) istinad etmək istərdim.

Diqqəti cəlb edən məqam odur ki, Ermənistanın daimi nümayəndəsinin sözügedən məktubuna Azərbaycan Respublikasının işğal edilmiş ərazisində Ermənistan tərəfindən qanunsuz yaradılmış oyuncaq separatçı rejim adından bəyanat əlavə edilir. Təkcə bu fakt - əslində təcavüzün və irqi ayrı-seçkiliyin nəticəsindən başqa bir şey olmayan separatçı qurumun təbliğ olunması Ermənistanın beynəlxalq hüquq üzrə öz üzərinə götürdüyü öhdəliklərə riayət etməyi və ümumtanınmış sivil davranış qaydalarına əməl etməyi inadla istəmədiyini əyani şəkildə təsdiq edir.

Aşkardır ki, həm Ermənistanın daimi nümayəndəsinin məktubu, həm də ona əlavənin məzmunu hiddətləndirici saxtalaşdırmanın növbəti nümunəsidir. Erməni tərəfi bu saxtalaşdırmanın köməyi ilə onun təcavüz zamanı sülhə və insanlığa qarşı törətdiyi cinayətlərə görə öz təqsirini və məsuliyyətini inkar etməyə çalışır. Xocalı şəhərinin dinc azərbaycanlı əhalisinin kütləvi şəkildə qırılması barədə erməni təbliğatının şərhlərinin əsasını məsələni elə qələmə vermək kimi absurd və sağlam düşüncəyə zidd olan bir cəhddir ki, guya azərbaycanlılar özləri mülki əhalinin hərbi əməliyyatlar zonasından evakuasiya edilməsinə mane olmuş və üstəlik, dinc sakinlər arasında böyük itkilərdən daxili siyasi məqsədlər naminə istifadə etmək üçün öz həmvətənlərinə atəş açmışlar. Bu cür iyrənc və məşum uydurmaları təkzib edən faktlar yetərincədir və onlar dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə təqdim edilmişdir.

Məsələn, “Hyuman Rayts Uotç/Helsinki” hüquq-müdafiə təşkilatının icraçı direktoru Ermənistanın xarici işlər nazirinə ünvanlanmış 24 mart 1997-ci il tarixli məktubunda erməni təbliğatının bu hüquq müdafiə təşkilatını öz saxtakarlıqlarına cəlb etmək cəhdlərinə cavab verir:

“Bizim araşdırmalar, İnsan Hüquqlarının Müdafiəsi Memorial Mərkəzinin araşdırmaları göstərir ki, Xocalıdan geri çəkilən könüllülər oradan qaçan mülki əhalinin ayrı-ayrı iri qrupları ilə birlikdə qaçmışlar. Bizim məruzədə qeyd edilirdi ki, qalan silahlı Azərbaycan könüllülərin əynində forma olmuşdur, buna görə də onlar qaçan dinc sakinləri müdafiə etmək niyyətində olsalar belə onları təhlükəyə məruz qoyan kombatantlar hesab edilə bilməzlər.

Buna baxmayaraq, biz mülki əhalinin öldürülməsinə görə birbaşa məsuliyyəti Qarabağdakı erməni qoşunlarının üzərinə qoyuruq. Üstəlik, istər bizim məruzədə, istərsə də memorial mərkəzin məruzəsində belə bir fikri təsdiqləyən hər hansı sübut yoxdur ki, guya Azərbaycan qüvvələri azərbaycanlı sakinlərin qaçmasına mane olmuş və ya onlara atəş açmışlar” (kursiv bizimdir). “Hyuman Rayts Uotç/Helsinki”nin icraçı-direktorunun məktubunun tam mətni bu hüquq-müdafiə təşkilatının veb-saytında yerləşdirilmişdir: http://www.hrw.org/en/news/1997/03/23/response-armenian-governmentletter-town-khojaly-nagorno-karabakh>.

Öz doğma qardaşı, Xocalının işğal olunmasında bilavasitə iştirak etmiş məşhur beynəlxalq terrorçu Monte Melkonyanın “şanlı yol”una kitab həsr etmiş erməni müəllif Markar Melkonyan erməni əsgərlərinin bu şəhərin dinc sakinlərini necə qətlə yetirmələrini ətraflı təsvir edir. Məsələn, onun sözlərinə görə Xocalının bəzi sakinləri təqribən altı mil məsafəni piyada qət edərək demək olar ki, təhlükəsiz yerə çatdığı vaxtda “(erməni) əsgərlər onların başının üstünü almışlar”. Onun sözlərinə görə, o vaxt əsgərlər “uzun müddət kəmərlərində asılıb qalmış bıçaqları çıxararaq zərbələr endirməyə başlamışlar” (Markar Melkonian, My brother’s Road: An American’s Fateful Journey to Armenia (London and New York: I.B.Tauris, 2005), pp. 213-214).

Qeyd etmək lazımdır ki, Ermənistanın daimi nümayəndəsi öz şərhlərində nəinki bu faciəni gözləri ilə görənlərin çoxsaylı şahid ifadələri və əcnəbi jurnalistlər, hüquq müdafiəçiləri və nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən aparılmış müstəqil təhqiqatların nəticələri, hətta Ermənistan prezidenti Serj Sarkisyanın açıq etirafı barədə də heç nə demir. Erməni diplomatların və bu vicdansız böhtan və təhqir kampaniyasının digər iştirakçılarının yaddaşını təzələmək üçün biz Ermənistan dövlətinin indiki başçısının açıq etiraflarına bir daha diqqəti cəlb etməyə məcburuq.

Belə ki, Serj Sarkisyan 15 dekabr 2000-ci ildə britaniyalı jurnalist Tomas de Vaala verdiyi müsahibəsində əsla vicdan əzabı çəkmədən etiraf etmişdir: “Xocalı hadisələrinə qədər azərbaycanlılar düşünürdülər ki, ... ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu [stereotipi] alt-üst edə bildik” (Thomas de Waal, Black Garden: Armenia and Azerbaijan through Peace and War (New York and London: New York University Press, 2003), p.172). Bu yaxınlarda, həmin müsahibədən 12 il sonra sözügedən jurnalist müsahibənin tam stenoqramını dərc etmişdir. Bu sənədin məzmunu erməni təbliğatının saxtakarlıqlarına ən təsirli cavabdır (bax: http://carnegieendownment.org/2012/02/24/president-interview-and-tragic-anniversary/9vpa). Məsələn, Serj Sarkisyanın aşağıdakı sözlərinə əlavə şərh tələb olunmur:

“Bəli, həqiqətən Xocalıda dinc əhali olmuşdur. Lakin dinc əhali ilə birlikdə əsgərlər də vardı. Mərmi uçanda o, dinc sakini əsgərdən fərqləndirmir, onun gözləri yoxdur. Əgər dinc əhali oradan getməsi üçün yaxşı imkan olduğu halda orada qalırsa, deməli, bu əhali də döyüş əməliyyatlarında iştirak edir...”.

Ermənistan prezidentinin heç bir təqsiri olmayan insanların kütləvi şəkildə qətlə yetirilməsi barədə bu qədər həyasız tərzdə danışması ilə yanaşı, həm də vəzifə mövqeyinə görə öz qərarlarının və hərəkətlərinin hədlərini dəqiq təsəvvür etməyə borclu olan şəxs üçün bağışlanılmaz bir məsələ, onun savadındakı aşkar qüsurlar da diqqəti cəlb edir. Əgər Serj Sarkisyan hərbi əməliyyatlar aparılmasının ümumtanınmış qanunlarından, əsas etibarilə mülki şəxslərlə kombatantlar arasında fərq qoymağı tələb edən, habelə seçimsiz xarakterli hücumları qadağan edən qanunlardan xəbəri olsaydı, yəqin ki, yuxarıda xatırladılan açıq etiraflardan çəkinərdi. Ermənistan dövlətinin başçısı tamamilə haqlı olaraq qeyd edir ki, uçan döyüş mərmisinin gözləri yoxdur. Bununla bərabər o, belə bir fakta qarşı çətin mübahisə edər ki, hədəf seçən və həmin hədəfə mərmi ilə atəş açan adamların gözləri görür.

Ermənistan prezidenti işğalçıların Xocalının dinc əhalisi üçün guya dəhliz saxlaması barədə mifi də puç edir. Belə ki, Serj Sarkisyan jurnalistin bu barədə sualına cavab verərək açıq bildirir ki, bu hadisələr əsasən Xocalıdan sonra olmuşdur, çünki etnik təmizləmə gedən bir vaxtda başqa cür hərəkət etmək mümkün də deyil. Tomas de Vaal soruşur ki, başqa cür hərəkət etmək olardımı və Serj Sarkisyan minlərlə insanın həlak olmasına görə təəssüflənirmi? Ermənistan dövlətinin başçısı heç bir vicdan əzabı çəkmədən cavab verir ki, o, qətiyyən təəssüflənmir, çünki hətta minlərlə insan həlak olduğu vaxtda da bu cür sarsıntılar zəruridir.

Serj Sarkisyan onu da açıq etiraf edir ki, müharibəni Ermənistan başlamışdır və bu müharibənin məqsədi Azərbaycan ərazisini işğal etmək barədə çoxdan hazırlanan planı həyata keçirmək idi. Bundan əlavə, o təsdiqləyir ki, münaqişənin aktiv hərbi fazada olduğu dövrdə məhz erməni tərəfi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının sabit atəşkəsin bərqərar olması məqsədilə bütün hərbi əməliyyatların və düşmənçilik aktların dərhal dayandırılması barədə tələblərinə bilərəkdən etinasızlıq göstərmişdir. Həqiqətən qan tökülməsini dayandırmaq və minlərlə insanın həyatını xilas etmək üçün real imkan olduğu bir vaxtda Ermənistan liderləri başqa cür fikirləşirdi. Prezident Sarkisyanın aşağıdakı sözlərinin şərhə ehtiyacı yoxdur:

“Biz bir dəfə belə müharibəyə getdik və mən güman etmirəm ki, ikinci dəfə belə bir addım ata bilərdik. Bu, sadəcə olaraq mümkün deyildi. Bu, ola bilsin ki, əlli ildən və ya yüz ildən sonra mümkündür. Lakin sən əsgərə desən ki, oradan çəkil, o, bir daha oraya getməz. Heç bir ciddi təminat yox idi. Yox bir indi ərazini verək, sonrasına baxarıq. Bəs nə üçün onlar sonrasına baxmalı idilər? Nə üçün? Bunun mənası yox idi”.

Erməni tərəfin çətinliklə gizlətdiyi əsəbiliyi və Xocalı hadisələri, eləcə də Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş digər cinayətlər barədə beynəlxalq birliyi çaşdırmaq cəhdlərində onun xüsusi canfəşanlığı çox sadə izah edilir.

Əvvələn, məlumdur ki, Ermənistanın indiki prezidenti Serj Sarkisyan və keçmiş prezident Robert Koçaryan, habelə bu dövlətin bir sıra başqa yüksək vəzifəli şəxsləri və Azərbaycanın işğal edilmiş ərazisində Ermənistan tərəfindən yaradılmış oyuncaq separatçı rejimin liderləri Azərbaycan torpaqlarının işğal olunmasında və mülki əhaliyə qanlı divan tutulmasında birbaşa iştirak etmişlər. Aşkardır ki, törədilmiş cinayətlərin miqyası və ağırlığı nəzərə alınaraq bu şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi onların mənfur əməllərinin labüd yekunudur.

İkincisi, Xocalı şəhərinin dinc sakinlərinin və onu müdafiə edənlərin bilərəkdən kütləvi şəkildə qətlə yetirilməsi yeganə və ya ayrıca bir akt deyil, Ermənistan tərəfindən həyata keçirilən geniş miqyaslı və sistemli zorakılıq siyasəti və praktikasının tərkib hissəsi idi. Bu siyasətin əsasını ilhaqçılıq cəhdləri, irqi və dini dözülməzlik barədə iyrənc ideyalardır. Bu mənada Ermənistan rəhbərləri və separatçıların onlara tabe olan liderləri İkinci Dünya müharibəsi dövründə misli görünməmiş kütləvi cinayətlər törədənlərdən az fərqlənir. Xüsusi qeyd etmək lazımdır ki, Xocalı qırğını və münaqişə dövründə azərbaycanlılara qarşı törədilmiş digər ağır cinayətlər Ermənistanın əbədi qurban kimi qələmə verildiyi mifi tamamilə puç edir. Bu da aşkardır ki, bu fonda Ermənistanın öz əməllərini təyini-müqəddərat hüququnun həyata keçirilməsi kimi qələmə vermək cəhdləri tamamilə gözdən düşür.

Biz əminik ki, milli səviyyədə görülən ardıcıl tədbirlər, habelə beynəlxalq birliyi təşvişə salan ən ağır cinayətlərə görə məhkəmə təqibi və cəzalar üçün mövcud hüquqi əsas Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş cinayətlərə görə cəzasızlığa son qoymağa kömək edəcəklər.

Bu məktubun Baş Məclisin gündəliyinin 35, 39, 65, 67, 69, 83, və 84-cü bəndləri üzrə sənədi kimi, habelə Təhlükəsizlik Şurasının sənədi kimi yayılmasına görə minnətdar olaram.

Aqşin Mehdiyev

Səfir, daimi nümayəndə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Finlandiyada Zəfər Günü qeyd olunub

Qazaxıstan PUA hücumundan sonra Atırau–Samara neft kəməri ilə nəqlin dayandırıldığını açıqlayıb

Britaniyada miqrantların daimi yaşayış icazəsi qaydaları sərtləşdirilir

Vətən müharibəsi qazisi: Xalqımıza bayramlar yaraşır

Bakıda “Zəfər Günü – Qürur günümüz” adlı musiqili-bədii proqram təqdim olunub

Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Bölgələrdə sertifikatlı toxum satışı təşkil olunacaq

Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz

Bakıda tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti keçirilib

Rusiya MDB ölkələri arasında borclular haqqında məlumat mübadiləsinə dair sazişi ratifikasiya edib

Qazaxıstan və Dünya Bankı Xəzər və Aral dənizlərinin ekoloji problemlərini müzakirə ediblər

Qazaxıstanda Aktau dəniz limanı yaxınlığında yük avtomobili teplovozla toqquşub

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Türk ekspert: Almaniyada gənclərin etirazları gələcəyə inamsızlığın göstəricisidir

Avropanın sabitliyi öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır ŞƏRH

Humboldt Universitetinin professoru: Almaniya və Fransadakı etirazlar Avropanın dərin sosial problemlərini əks etdirir

Gökdeniz Karadeniz: Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar – EKSKLÜZİV

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib

Fransadakı etirazlar Makron hakimiyyətinin yarıtmaz siyasəti kontekstində qiymətləndirilməlidir RƏY

Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək

Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb

Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib

Qazaxıstan və Çin Orta Dəhlizin inkişafı üçün 200 milyon dollaradək investisiya fondu yaratmağı nəzərdən keçirir

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

® “Prime Leasing” qlobal səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb

Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır

Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib

ABŞ-də Hellouin bayramı zamanı baş verən atışmalarda 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Avropada siyasi etimadın azalması və iqtisadi çətinliklər sistemli problemlərin göstəricisidir - ŞƏRH

İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib

Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib

Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

NASA “Hubble” teleskopunun fəaliyyət müddətini uzatmaq üçün özəl şirkətləri cəlb edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

“Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda müzakirə-seminar təşkil edilib

Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca

® Metropoliten işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb

Azərbaycan basketbol millisi Serbiyaya yollanır

® “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq - Tələb təklifi 3 dəfə üstələyib

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır - tədqiqat

“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

Deputat: Azərbaycan qadını dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayır

Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ

Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb

Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib

Türk dünyasının iqtisadi potensialı elmi müstəvidə təhlil edilib

Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir

Britaniyada miqrantların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddəti artırıla bilər

Şəhid atanın ən böyük arzusu: BDU tələbəsi Aysu Əmrahovanın Zəfər hekayəsi

Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH

Mars Sariyev: Sabitlik küçələrdə polislərin sayı ilə deyil, qurumların ictimai tələblərə reaksiya vermək qabiliyyəti ilə ölçülür ŞƏRH

Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən yük aşkar edilib

Avropada baş verən kütləvi etirazlar cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir ŞƏRH

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

Aynur Sofiyeva: Güclü cəmiyyət hər bir vətəndaşın öz potensialını reallaşdırması ilə formalaşır

Krit adası yaxınlığında 43 miqrant xilas edilib