Azərbaycanın cüdo millisinin dünya çempionatı üçün heyəti açıqlanıb
Bakı, 5 avqust, AZƏRTAC
Ekvadorun Quayakil şəhərində cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, ölkəmiz mötəbər yarışda 9 çəki dərəcəsində 14 idmançı ilə təmsil olunacaq. Yığmanın heyətində 10 oğlan və 4 qız cüdoçu yer alıb.
Azərbaycan millisinin heyəti belədir:
Qızlar:
40 kiloqram: Sunay Salamova, Zəhra Quliyeva
44 kiloqram: Pərvin Sevxanlı
48 kiloqram: Könül Eyvazlı
Oğlanlar:
50 kiloqram: Fərid Rzazadə
55 kiloqram: Fərid Xudiyev, İbrahim Talıbo
66 kiloqram: İlkin Qarayev
73 kiloqram: Yusuf Nəzər, Sadiq Məmmədov
81 kiloqram: Ayxan Həsənli, Yaqub Məmmədov
90 kiloqram: Ömər Axundov, Nurəddin Əliyev.
Qeyd edək ki, 20–23 avqust tarixlərində təşkil olunacaq dünya çempionatında 61 ölkədən ümumilikdə 459 idmançı (242 oğlan, 217 qız) medallar uğrunda mübarizə aparacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]
Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır
- 29.09.2026 [11:23]
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
- 29.09.2026 [11:02]
“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub
- 29.09.2026 [10:21]
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]