AZƏRBAYCANIN HÜQUQİ CƏHƏTDƏN DƏ MÖVQELƏRİ ERMƏNİSTANDAN GÜCLÜDÜR
AZƏRTAC-ın verdiyi xəbərə görə, Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin ikinci müşavirəsində demişdir ki, Ermənistanın mövqeyi çox zəifdir. Yəni, deyirlər ki, Dağlıq Qarabağda yaşayan ermənilər öz müqəddəratını təyin etməlidirlər. Belə olan halda, başqa ölkələrdə də ermənilər var. Onlar başqa ölkələrdə də öz müqəddəratlarını təyin edəcəklər?! Amerikada, Los-Ancelesdə erməni dövləti yaradacaqlar? Yoxsa, Fransada, Marseldə, yoxsa Krasnodar vilayətində, yoxsa Gürcüstanda? Əgər onlar bu məntiqlə yanaşırlarsa, dünyada neçə erməni dövləti yaranacaqdır?! Bu, mümkün olan şey deyil. Nə üçün burada Azərbaycan istisna olmalıdır? Nə üçün ikinci erməni dövləti məhz Azərbaycan ərazisində yaradılmalıdır? Hansı məntiqdən söhbət gedir? Mən bütün başqa məsələləri kənara qoyuram. Biz buna heç vaxt imkan verməyəcəyik və bir daha bunu bəyan edirəm. Amma, sadəcə, məntiqdən söhbət gedir. Ona görə onların hüquqi mövqeləri çox zəifdir.
Tarixi baxımdan da Qarabağın həmişə Azərbaycan torpağı olduğunu xatırladan İlham Əliyev demişdir: “İrəvan Ermənistana Azərbaycan Xalq Cümhuriyyəti yarananda, məhz Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən verilmişdir. İrəvan xanlığında yaşayan insanların əksəriyyəti azərbaycanlı idi. Zəngəzur mahalında yaşayanların hamısı azərbaycanlı idi. Ona görə, tarixi baxımdan da bu, bizim torpağımızdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:19]
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
- 15.10.2026 [16:13]