AZƏRBAYCANIN MÜSTƏQİL SİYASƏTİ XALQ TƏRƏFİNDƏN DƏSTƏKLƏNİR
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin ikinci müşavirəsində təəssüflə bildirmişdir ki, dünyada Azərbaycana qarşı işləyən erməni lobbisi ilə bərabər, Azərbaycanda özünü müxalifət adlandıran qüvvələr də var. Onların maraqları da, mübarizə taktikası da üst-üstə düşür. Ancaq nəticə də təxminən eynidir. Bizə nə erməni lobbisi maneçilik yarada bildi, nə də Azərbaycanın daxilində özünü müxalifət adlandıran bir qrup insanlar Azərbaycanın siyasətinə və ölkədə gedən proseslərə hansısa bir təsir edə bilməz. Azərbaycan çox inamla irəliləyən bir ölkədir. Artıq bunu hamı etiraf edir.
Dünyada Azərbaycanın mövqeyi ilə hesablaşırlar deyən Prezident vurğulamışdır ki, son parlament seçkilərindən sonra bir çox xarici təşkilatlar Azərbaycanın müstəqil siyasətinin xalq tərəfindən dəstəkləndiyini açıq-aydın qəbul edirlər. Kiminsə xoşuna gəlməyə bilər, bu da təbiidir. Çünki Azərbaycan indi çox cəlbedici ölkəyə çevrilir. Burada maraqlar toqquşa bilər. Biz imkan verməməliyik ki, bu, Azərbaycanda baş versin.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:19]
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
- 15.10.2026 [16:13]