Azərbaycanın “Odlar yurdu” şahmat komandası Avropa kubokunun final mərhələsinə vəsiqə qazanıb
Bakı, 21 dekabr, AZƏRTAC
Şahmat üzrə klublararası Avropa kubokunun qrup mərhələsini uğurla başa vuran Azərbaycanın qadınlardan ibarət “Odlar yurdu” komandası finala vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyevanın yer aldığı yığmamız turnirin D qrupunda mübarizə aparıb. Komandamız yarışların birinci günündə 3 görüş keçirib. Birinci turda Monakonun “Monte Karlo-3” yığmasını 4:0 hesabı ilə məğlub edən yığmamız növbəti turda “Qambit”ə (Rusiya) 3,5:0,5 hesabı ilə uduzsa da, daha sonra Belçikanın “De Pluspion Wachtebeke” komandası üzərində 2,5:1,5 hesablı qələbə qazanıb.
Turnirin ikinci günündə şahmatçılarımız 5 turda güclərini sınayıblar. Belə ki, “Bank Baden”lə (Avstriya) birinci turda heç-heçə (2:2) edən yığmamız “England Women's LiChess team” (İngiltərə, 3:1), “SK Reval-Sport” (Estoniya, 4:0), “Tbilisi İnternational Chess Academy” (Gürcüstan, 2,5:1,5), “Dnepr” (Ukrayna, 3,5:0,5) üzərində qələbə qazanıb.
Yekun nəticəyə görə, komandamız 16 xalla “Qambit”dən sonra 13 xalla ikinci pillədə qərarlaşıb.
Avropa kuboku yarışı dekabrın 22-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:21]
FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib
- 11.06.2026 [11:08]
“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb
- 11.06.2026 [10:57]
Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır
- 11.06.2026 [10:48]
NBA: “Nyu-York Niks” final seriyasında üçüncü qələbəsini qazanıb
- 11.06.2026 [10:27]
"UFC Freedom 250" turniri ilk dəfə Ağ Evin ərazisində keçiriləcək
- 11.06.2026 [08:00]
Bu gün futbol üzrə dünya çempionatı start götürür
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
Bu saata olan əsas xəbərlər
- [12:00]
Teatr sənətinin vurğunu
- [11:14]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]