Azərbaycanın qadın güləşçiləri Avropa çempionatında mübarizəyə başlayırlar
Bakı, 22 aprel, AZƏRTAC
Bu gün Azərbaycanın iki qadın güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında mübarizəyə start verəcək.
AZƏRTAC xəbər verir ki, Elnurə Məmmədova (50 kiloqram) yarışa təsnifatdan, Günay Qurbanova (59 kiloqram) isə 1/4 finaldan başlayacaq.
Onlar müvafiq olaraq, Aqata Marta Valerzak (Polşa) və Elena Heike Bruqqeri (Almaniya) sınağa çəkəcəklər.
Bu gün, həmçinin yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) qızıl, Nihat Məmmədli (60 kiloqram) isə bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, Azərbaycan aprelin 26-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur. Daha əvvəl yunan-Roma güləşçilərindən Rəşad Məmmədov (55 kiloqram) və İslam Abbasov (87 kiloqram) bürünc medal qazanıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]