İQTİSADİYYAT
Azərbaycanın qeyri-neft ixracı 36,6 faiz artıb
Bakı, 6 mart, AZƏRTAC
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 651,42 milyon ABŞ dolları təşkil edib.
AZƏRTAC İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə - AZPROMO-ya istinadla xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 36,6 faiz çoxdur. Təkcə fevral ayında Azərbaycandan 366,92 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub ki, bu da ötən ilin analoji ayı ilə müqayisədə 50 faiz artıqdır.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 12,3 faiz artaraq 3047,67 milyon ABŞ dollarına bərabər olub.