Azərbaycanın Qırğızıstandakı səfiri Aytmatov İctimai Akademiyasının akademiki seçilib
Bişkek, 13 avqust (AZƏRTAC). Azərbaycanın Qırğız Respublikasındakı səfiri Hidayət Orucov Qırğızıstan-Azərbaycan ədəbi-mədəni əlaqələrinin möhkəmləndirilməsi və türkdilli ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsindəki xidmətlərinə görə Bişkekdəki Aytmatov İctimai Akademiyasının (AİA) akademiki-qurumun həqiqi üzvü seçilib. Bu haqda qərar AİA-nın növbəti sessiyasında qəbul edilib.
AİA-prezidenti, Qırğız Respublikası Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Abdıldajan Akmataliyev sessiyadakı çıxışında deyib: “Hidayət Orucov tanınmış şair, publisist, nasir, dramaturqdur. Onun bir çox dünya dillərinə tərcümə olunan əsərləri Qırğızıstanda da oxunur. Səfir qırğız ədəbiyyatını, mədəniyyətini Azərbaycanda, Azərbaycan ədəbiyyatını, mədəniyyətini isə Qırğızıstanda geniş təbliğ edir”.
Xatırladırıq ki, AİA-sı 1994-cü ildə böyük qırğız yazıçısı Çingiz Aytmatovun şərəfinə, onun əsərlərinin dünyada təbliği, türkdilli ölkələrin ədəbiyyatlarına arasında əməkdaşlığın dərinləşdirilməsi məqsədilə yaradılıb.
Dörd ildən bir görkəmli yazıçılar, dramaturqlar, şairlər, filosoflar, tarixçilər, aktyorlar, rejissorlar, dilçilər, professorlar və elmlər doktorları qurumun fəxri və həqiqi üzvləri seçilirlər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]