Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq turnirdə iştirak edəcəklər
Bakı, 24 oktyabr, AZƏRTAC
Latviyanın paytaxtı Riqa şəhərində stolüstü tennis üzrə “Riga City Council’s Youth Cup” beynəlxalq turnirinə start verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan milli komandası yarışa geniş heyətlə qatılıb. Baş məşqçi Fərhad İsmayılov, məşqçilər Mehman Səmədov, Rza Mirzəyev, Billurə Eminova və Məryəm İmanovanın rəhbərliyi ilə Latviyaya 16 idmançı yollanıb.
Tahir Qubadov, Toğrul Məhəmmədov, Xədicə Əbilzadə, Səbinə Məmmədova, Nigar Mahmudova U-19, Tunar Bağırov, Uğur Nəzərli, Şəbnəm Mansurova, Mələk Əhmədzadə, Xədicə Eylazova U-15, Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli, Banu Baytallı U-13, Mehri Aslanzadə ilə Əliəkbər Mirzəliyev isə U-11 yaş kateqoriyasında mübarizə aparacaq.
Beynəlxalq turnirə oktyabrın 27-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]