Azərbaycanın U-21 komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib
Bakı, 7 sentyabr, AZƏRTAC
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində “Dalğa Arena”da Azərbaycan və Farer adaları yığmaları qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Yığmamızın qolunu Mahir Mədətov vurub.
Azərbaycan U-21 yığması seçmə mərhələnin 7-ci qrupunda 4-cü yerdə qərarlaşıb. Yığmamız son oyununu oktyabrın 7-də səfərdə Finlandiya komandasına qarşı keçirəcək.