Azərbaycanın xarici işlər naziri İsveçdə səfərdədir
Bakı, 6 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İsveç Krallığında rəsmi səfərdədir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iki günlük səfər çərçivəsində Elmar Məmmədyarovun İsveçin xarici işlər naziri xanım Marqot Vallström və digər rəsmi şəxslər ilə görüşü nəzərdə tutulub.
Xatırladaq ki, ötən il fevralın 10-da İsveçin xarici işlər naziri Marqot Vallström Azərbaycana səfər edib.