Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri təlim-məşq toplanışlarına qatılacaqlar
Bakı, 25 iyul, AZƏRTAC
Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Onur Quluzadə ilə Yağmur Məmmədli növbəti təlim-məşq toplanışlarına qatılacaqlar.
Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, komanda üzvləri bu məqsədlə əvvəlcə Çin Xalq Respublikasına yollanıblar. Onlar avqustun 12-dək baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Şanxay şəhərinin stolüstü tennis mərkəzində toplanışda olacaqlar.
Onur Quluzadə ilə Yağmur Məmmədli ardınca qitənin ən istedadlı stolüstü tennisçiləri üçün Strasburqda təşkil ediləcək “Eurotalents” təlim-məşqlərinə qatılacaqlar.
Qeyd edək ki, bu toplanışlar 2011-ci il təvəllüdlü və daha kiçik yaşlıların avqustun 23-dən 25-dək Fransanın Şiltiqheym şəhərində keçiriləcək “Euro Mini Champs” yarışına hazırlıq məqsədi daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]