Azərbaycanla Ukraynanın nəqliyyat və yükdaşımalar sahələrində əməkdaşlığı müzakirə edilib
Bakı, 13 aprel, AZƏRTAC
Aprelin 13-də Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Ukraynanın infrastruktur naziri Vladislav Krikli ilə görüşüb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın ikitərəfli müstəvidə və beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyi qeyd olunub.
Görüş zamanı Azərbaycanla Ukrayna arasında avtomobil və hava nəqliyyatı, eləcə də beynəlxalq kombinə edilmiş yük daşımaları sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Həmçinin GUAM və TRASEKA kimi beynəlxalq təşkilatlar və təşəbbüslər çərçivəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə səylərin gücləndirilməsinin vacibliyi vurğulanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]