Azərbaycanlı alim qərb mediasının bəzi “vərdişlərini” tənqid edib
Berlin, 24 iyul, AZƏRTAC
Almaniyada yaşayan gənc azərbaycanlı alim Asif Məsimovun populyar “Еurasiareview” nəşrində “Dağlıq Qarabağ: Ermənistan ilə Azərbaycan arasında münaqişə dini xarakter daşıyırmı?" məqaləsi dərc edilib (bax.: https://www.eurasiareview.com/23072020-nagorno-karabakh-is-the-conflict-between-armenia-and-azerbaijan-religiously-motivated-oped/).
AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədinin Tovuz hissəsində törətdikləri son təxribatdan bəhs edilir. Müəllif qərb mediasının bunu “xristian Ermənistan və müsəlman Azərbaycan” arasında münaqişə kimi qələmə verməsini kəskin tənqid edir, çünki bu, öz növbəsində həqiqətdən xəbərsiz oxuculara bu münaqişədə kimə “tərəfkeşlik etmək” lazım olduğunu işarə etmək məqsədini daşıyır.
Eyni zamanda, A.Məsimov vurğulayır ki, bu qarşıdurmada din heç bir rol oynamır, əsl mahiyyət bir dövlətin digər dövlətə qarşı ərazi iddialarından ibarətdir. Müəllif məqalədə doğma dövlətin ərazi bütövlüyünün müdafiəsi zamanı həyatlarını qurban vermiş Azərbaycanın Milli qəhrəmanları sırasında müxtəlif millətlərin və dinlərin nümayəndələrinin olduğunu vurğulayır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [20:12]
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır
- 05.06.2026 [19:03]
Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]