ELM VƏ TƏHSİL
Azərbaycanlı alim Rusiya Təhsil Akademiyasının müxbir üzvü seçilib
Bakı, 14 oktyabr, AZƏRTAC
Moskvada keçirilən Rusiya Təhsil Akademiyasının 80 illik yubiley tədbirində sosiologiya elmləri doktoru, professor Vaqif Bayramov həmin akademiyanın müxbir üzvü seçilib.
AZƏRTAC xəbər verir ki, 2006-2021-ci illərdə Moskva Dövlət Humanitar-İqtisad Universitetinin rektoru işləmiş professor Vaqif Bayramov Rusiya Təhsil Akademiyasının müxbir üzvü seçilən ilk azərbaycanlıdır. O, eyni zamanda, Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü, Humanitar Elmlər Akademiyasının üzvüdür.
Vaqif Bayramov 2013-cü ildə II dərəcəli “Vətənə xidmətlərinə görə” ordeni, 2017-ci ildə isə Azərbaycanla Rusiya arasında təhsil əlaqələrinin möhkəmləndirilməsindəki xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [19:26]
“Şumerlərin izi ilə” - elmi seminar
- 30.04.2024 [18:11]
BANM-in tələbəsi eyni vaxtda ABŞ-ın 6 nüfuzlu universitetinə qəbul olub
- 30.04.2024 [18:08]
ASAPES türk dövlətləri üçün təqaüd proqramı elan edib
- 30.04.2024 [17:29]
İqtisadçı ekspert AzMİU tələbələri üçün master-klas keçib
- 30.04.2024 [17:21]
Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb
- 30.04.2024 [17:14]