AZƏRBAYCANLI CAZMEN OTTAVADA KONSERT VERMİŞDİR
Konsertin keçirilməsindən məqsəd Azərbaycanın həm də zəngin caz musiqisi ənənələri olduğunu nümayiş etdirməkdir.
Tədbirin açılışında çıxış edən səfir Fəxrəddin Qurbanov Azərbaycanın caz musiqi ənənələri, onun dünyada tanınan nümayəndəsi Vaqif Mustafazadə haqqında danışmış, Azərbaycan caz ənənələrinin davamçısı olan Z.Bağırovun dünyada yaxşı tanınan klassik Azərbaycan bəstəkarı Qara Qarayevin nəvəsi olduğunu tamaşaçıların diqqətinə çatdırmışdır.
Kanada dövlət orqanlarının, kütləvi informasiya vasitələrinin, ictimai təşkilatların, diplomatik korpus və Ottavada yaşayan Azərbaycan icması nümayəndələrinin iştirak etdiyi konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
Z.Bağırov 1973-cü ildə Bakıda anadan olmuş, İstanbul Dövlət Konservatoriyasında və Bostonda Berkley Musiqi Kollecində təhsil almışdır. Hazırda Vaşinqtonda yaşayan həmyerlimiz “Twin Jazz and Lounge”, “Ellingtons on Eight”, “HR-57”, “Utopia” və digər yerli caz klublarında çıxış edir.