Azərbaycanlı Elxan Əzizov Rusiyada yanan avtomobilin sürücüsünü xilas edib
Moskva, 25 iyun, AZƏRTAC
Azərbaycanlı Elxan Əzizov Rusiyanın Krasnodar şəhərində yanan avtomobilin sürücüsünü xilas edib.
AZƏRTAC xəbər verir ki, Krasnodar şəhərində taksi avtomobili qarşıdan gələn “BMW” markalı avtomobillə toqquşub. Güclü zərbədən taksi avtomobili alovlanıb. Bu zaman yaxınlıqda olan digər avtomobilin sürücüsü, azərbaycanlı, ikinci qrup əlil Elxan Əzizov hadisənin daha bir şahidi ilə birlikdə köməyə yetişib. Yanan avtomobilin sürücü hissəsində qapı kilidli olduğundan həmyerlimiz sərnişin qapısını açaraq sürücünü xilas edə bilib.
Elxan Əzizov yerli KİV-lərə müsahibəsində həmin anda əlil və ürək xəstəsi olduğunu belə unutduğunu deyib: “Mən hər şeyi unutdum, çünki insan həyatını xilas etmək lazım idi. Avtomobildə insan yanırdı. Buna necə laqeyd baxmaq olardı? Sonra ömrümün sonunadək özümü bağışlamazdım”.
Hadisədən sonra Elxan Əzizov özü də həkimə müraciət etməli olub. Onu xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriblər. Hazırda soydaşımız özünü yaxşı hiss edir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]