Azərbaycanlı hakim Krasnoyarskda Buvaysar Saytiyevin mükafatları uğrunda turnirə hazırlığın səviyyəsini yoxlayacaq
Bakı, 23 oktyabr, AZƏRTAC
Beynəlxalq Güləş Federasiyası Azərbaycandan olan bir hakimi Krasnoyarska texniki nümayəndə kimi göndərib.
AZƏRTAC xəbər verir ki, həmin hakim yunan-Roma güləşi üzrə üçqat Azərbaycan çempionu, ölkənin yığma komandasının heyətində müxtəlif beynəlxalq turnirlərin mükafatçısı olmuş idman ustası və beynəlxalq dərəcəli arbitr Asif Şirəliyevdir. A.Şirəliyev 2015-ci ildə Azərbaycanda güləş üzrə ən yaxşı idman hakimi olub.
Krasnoyarsk şəhər meriyasının Bədən tərbiyəsi, idman və turizm üzrə baş idarəsində bildiriblər: “Texniki nümayəndələrin əsas vəzifəsi turnirə hazırlığın gedişi ilə tanış olmaq və Beynəlxalq Güləş Federasiyasının himayəsi altında keçirilən beynəlxalq yarışlara Federasiya tərəfindən təqdim olunan tələblərin yerinə yetirilməsini təsdiq etməkdir”.
Buvaysar Saytiyevin mükafatları uğrunda XIV Beynəlxalq turnir noyabrın 3-4-də keçiriləcək. “Futbol-arena Yenisey” adlı örtülü futbol manejində keçiriləcək yarışlarda Rusiyanın müxtəlif şəhərlərindən və xarici ölkələrdən olan 16 yaşlı 200-dən çox idmançı iştirak edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]