Azərbaycanlı iqtisadçı-alim Dünya Bankının “Business Ready 2025” sertifikatına layiq görülüb
Bakı, 13 iyul, AZƏRTAC
Azərbaycanlı iqtisadçı-alim Nazim Şükürov “World Bank Group”un eksperti kimi “Business Ready 2025” layihəsinə verdiyi peşəkar töhfəyə görə sertifikatla təltif edilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
“Business Ready” Dünya Bankı Qrupunun biznes mühitini mikroiqtisadi baxımdan qiymətləndirən əsas korporativ hesabatıdır. Hesabat şirkətlərin investisiya mühiti, biznesin yaradılması və inkişafı üçün normativ-hüquqi baza, dövlət xidmətlərinin səmərəliliyi, rəqabət və innovasiya imkanlarını dəyərləndirir.
Hesabatda Azərbaycanda biznesin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı müvafiq indikatorlar üzrə qiymətləndirmələr və məlumatlar öz əksini tapıb.