AZƏRBAYCANLI LEYLA ƏSƏDOVA VYANADA KEÇİRİLƏN QURAMA SƏNƏTİ YARIŞINDA ÜÇÜNCÜ YER TUTMUŞDUR
Azərbaycanın Avstriyadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, soydaşımız Leyla Əsədova Vyanada “Fiesta” (ispanca bayram deməkdir) devizi altında qurama sənəti üzrə keçirilən yarışda üçüncü yer tutmuşdur. Yarışda dünyanın bir çox ölkələrindən gəlmiş qadınlar müxtəlif parçalardan hazırladıqları quramaları nümayiş etdirmişlər.
Yarışın qeyri-adiliyi ondadır ki, qalibləri münsiflər heyəti deyil, tamaşaçılar müəyyənləşdirmişlər. Azərbaycanlı xanımın əl işləri tamaşaçıları heyran qoymuşdur.
Xatırladaq ki, Leyla Əsədova həmin yarışda iştirak edən və uğur qazanan ilk azərbaycanlıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:14]
İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub
- 05.10.2026 [17:02]
Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir
- 05.10.2026 [16:51]
“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır
- 05.10.2026 [16:46]
Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır
- 05.10.2026 [15:43]