Azərbaycanlı rəssam “Heykəltaraşlıq: portret” nominasiyası üzrə laureat seçilib
Bakı, 17 mart, AZƏRTAC
Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyinin dəstəyi ilə B.Ştiqlits adına Sankt-Peterburq Dövlət Bədii-Sənaye Akademiyası tərəfindən keçirilən “Dünya rəssamların gözü ilə” adlı beynəlxalq sərgi-müsabiqəsinin nəticələri açıqlanıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından məlumat verilib.
Bildirilib ki, 24 ölkədən rəngkarlıq, qrafika, heykəltaraşlıq sahələri üzrə peşəkar rəssamlar arasında keçirilən müsabiqəyə 749 əsər təqdim olunub. Münsiflər heyəti tərəfindən açıq səsvermə ilə hər nominasiya üzrə 4 qalib müəyyən olunub. Müsabiqədə Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru professor Natiq Əliyev “Heykəltaraşlıq: portret” nominasiyası üzrə laureat seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [15:28]
BDU-da təlim: Süni intellekt müəllimin köməkçisi kimi
- 09.10.2026 [14:38]
Nobel Sülh Mükafatının laureatı məlum olub
- 09.10.2026 [13:20]
DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır
- 09.10.2026 [13:17]
AMEA-da Vyetnam nümayəndə heyəti ilə görüş olub
- 09.10.2026 [12:54]