Azərbaycanlı şahmatçı “Australian Masters-2015” turnirinin qalibi olub
Bakı, 21 dekabr, AZƏRTAC
Azərbaycanlı şahmatçı Kənan İzzət Melburnda keçirilən “Australian Masters-2015” beynəlxalq şahmat turnirinin qalibi olub.
AZƏRTAC xəbər verir ki, həmyerlimiz yeddinci turda Luke Lini (Yeni Zelandiya) məğlub edib, sonuncu turdan əvvəl-səkkizinci turda Ari Deylə (Avstraliya qalib gəlib, sonuncu turu isə Ceyms Morrislə (Avstaliya) heç-heçə başa vurub.
Beləliklə, Kənan izzət 7,5 xal toplayıb və ona çatmaqda olan Maks İlinqvortu (Avstraliya) yarım xal keçərək I yerə çıxıb.
Qeyd edək ki, Kənan İzzət və Maks İliqvort beynəlxalq qrossmeyster normalarını yerinə yetiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]