AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ QEYD EDİLMİŞDİR
Komitədən AZƏRTAC-a bildirmişlər ki, qurumun sədri Zəhra Quliyeva çıxış edərək, XX əsrin əvvəllərindən indiyədək ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımının dəhşətli nəticələrindən danışmışdır. O demişdir ki, bu faciəli qırğınlar zamanı 2 milyondan artıq soydaşımız məhv edilmiş, ölkəmiz maddi-mənəvi itkilərə məruz qalmışdır.
Ermənilərin azərbaycanlılara qarşı törətdikləri bu cinayətlər yalnız ümummilli liderimiz Heydər Əliyev tərəfindən dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırılmışdır. Prezident Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklərə verilmiş ilk siyasi qiymət və rəsmi dövlət sənədidir.
Tədbir iştirakçıları BMT-yə, ATƏT-ə, Avropa Şurasına, beynəlxalq qadın təşkilatlarına, dünya ölkələrinin parlamentlərinə və dövlət başçılarına müraciət qəbul etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]