AZƏRBAYCANLILARIN SOYQIRIMINA HƏSR OLUNMUŞ KONFRANS
Muzeyin direktoru Azadə Hüseynova konfransı açaraq demişdir ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımının tarixi təxminən iki əsr bundan əvvələ gedib çıxır. Onların “Böyük Ermənistan” xülyası ilə 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törətdikləri soyqırımının və terrorun miqyası daha geniş olmuşdur. Bakıda, Naxçıvanda, Şamaxıda, Qubada, Qarabağda həmvətənlərimizə qarşı soyqırımı xüsusi qəddarlıqla həyata keçirilmişdir.
Milli Məclisin deputatı professor Yaqub Mahmudovun məruzəsində təkcə 31 martda deyil, ümumiyyətlə, müxtəlif vaxtlarda ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımının mahiyyəti ətraflı təhlil olunmuşdur. O, məkrli qonşularımızın zaman-zaman başımıza gətirdikləri faciələri, XX əsrdə deportasiya və soyqırımına məruz qalmış minlərlə həmvətənlərimizin düçar olduqları müsibətləri diqqətə çatdırmışdır.
Bakı Dövlət Universitetinin tələbələrinin daşnakların soyqırımı siyasəti ilə bağlı məruzələri dinlənilmişdir.
Bakı özəl türk litseyinin şagirdləri şairlərimizin bu faciəyə həsr olunmuş şerlərini söyləmiş, Bülbül adına musiqi məktəbinin yetirmələrinin ifasında mahnılar səslənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]