AZƏRBAYCANLILARIN SOYQIRIMINA HƏSR OLUNMUŞ SƏRGİ AÇILMIŞDIR
Muzeydən AZƏRTAC-a bildirmişlər ki, sərgidə 20-yə yaxın rəssamın rəngkarlıq, qrafika və heykəltəraşlıq janrlarında 30-dan artıq sənət əsəri nümayiş etdirilir.
XX əsrin əvvəllərində ermənilərin öz ata-baba yurdlarından xüsusi qəddarlıqla qovduqları Zəngəzur qaçqınlarının faciəsi görkəmli fırça ustası Bəhruz Kəngərlinin əsərlərində yüksək sənətkarlıqla əks olunmuşdur.
Göstərilən tablolar arasında Mikayıl Abdullayevin, Kamil Nəcəfzadənin, Əyyub Məmmədovun, Böyükağa Mirzəzadənin, İlqar Əkbərovun əsərlərini tariximizə açılan pəncərə adlandırmaq olar. Görkəmli sənətkarlarımızın böyük ürək ağrısı ilə yaratdıqları hər bir əsər tariximizin rəsmlərdə yaşayan yaddaşı olmaqla bərabər, həm də xalqımızın müstəqillik yolundakı çox kəşməkəşli taleyindən söz açır.
Mədəniyyət və incəsənət xadimlərinin, təhsil işçilərinin iştirakı ilə açılan sərgi aprelin 15-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:05]
“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə
- 30.09.2026 [18:41]
Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək
- 30.09.2026 [18:06]
Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO
- 30.09.2026 [18:03]