AZƏRBAYCANLILARIN SOYQIRIMINA HƏSR OLUNMUŞ ÜMUMRESPUBLİKA KONFRANSI KEÇİRİLMİŞDİR
Foyedə “Qan yaddaşı - 1905-1918” adlı kitab sərgisi açılmışdı.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, AMEA-nın prezidenti, akademik Mahmud Kərimov bədnam ermənilərin son 200 ildə torpaqlarımızda törətdikləri qanlı qırğınlardan söhbət açmış, müdrik dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanının əhəmiyyətindən danışmışdır.
Sonra AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri İsrafil Məmmədovun “Dünya müharibəsi və erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər”, tarix elmləri namizədi, dosent Anar İsgəndərovun “Azərbaycanda 1918-ci il soyqırımı tarixşünaslığı”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Vilayət Əliyevin “Zəngəzur soyqırımı”, Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayevin “Daşnaksütyun partiyası ermənilərin azərbaycanlılara qarşı soyqırımının və deportasiyasının təşkilatçısıdır” mövzularında məruzələri dinlənilmişdir.
Natiqlər 86 il bundan öncə mənfur erməni daşnaklarının Bakıda, Qubada, Şamaxıda və Azərbaycanın digər yerlərində törətdikləri dəhşətli qırğınlardan, günahsız soydaşlarımızın - qocaların, qadınların, uşaqların başına gətirilən müsibətlərdən danışmış, “Böyük Ermənistan” yaratmaq xülyası ilə qəsbkar düşmənin bu gün də xalqımıza qarşı təcavüzkarlıq siyasəti apardığını bildirmiş və bu barədə dünya ictimaiyyətinə daha geniş məlumatlar çatdırılmasının vacibliyini vurğulamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]