AZERCELL “LOTOMESAJ” KAMPANİYASININ ÜÇÜNCÜ TİRAJINA YEKUN VURMUŞDUR
Müəssisənin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, uduşda SMS və MMS göndərən Azercell, SimSim və GəncSim nömrələri iştirak etmiş, həftə ərzində 105,5 milyondan çox SMS və 38 mindən cox MMS göndərilmişdir. Bu turajda 2 abonentin hər biri 10 milyon manat, 20 abonentin hər biri 2 milyon manat, 200 abunəçinin hər biri isə 200 min manat qazanmışdır. Bundan əlavə, MMS mesajı göndərən 3 abonentin də hər biri 3 milyon manatın sahibi olmuşdur.
Xatırladaq ki “Lotomesaj” kampaniyası bu il dekabrın 31-dək davam edəcək. Ötən 3 tirajda Azercell abonentləri ümumilikdə 447 milyon manat uduş qazanmışlar.