“AZERCELL” PAKİSTANIN “WARİD TELECOM” OPERATORU İLƏ ROUMİNQ MÜQAVİLƏSI BAĞLAMIŞDIR
“Azercell Telekom” Birgə Müəssisəsi (BM) Pakistanın “Warid Telecom” operatoru ilə GPRS/MMS xidmətinə dair rouminq müqaviləsi bağlamışdır.
Müəssisədən AZƏRTAC-a bildirmişlər ki, bu xidmətin sayəsində “Azercell” abonentləri Pakistanda olarkən “Warid Telecom”un şəbəkəsinə qoşularaq GRPS/MMS xidmətindən istifadə edə biləcəklər.
Xatırladaq ki, “Azercell Telekom” BM 26 ölkənin 41 operatoru ilə GPRS rouminq müqaviləsi imzalamışdır.