“AzerGold”: QSC-nin adından yayılan saxta müraciətlərə qarşı tədbirli olmağa çağırırıq
Bakı, 9 avqust, AZƏRTAC
Müasir dövrümüzdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı, süni intellektin imkanlarının genişləndirilməsi rəqəmsal təhdidlərin də artması ilə müşayiət olunur. Sözügedən texnoloji yeniliklər təyinatı üzrə istifadə edilmədiyi halda böyük risklərə, arzuolunmaz nəticələrə səbəb olur.
QSC-dən AZƏRTAC-a bildirilib ki, kiberdələduzluq hallarının qlobal səviyyədə vüsət aldığı bir şəraitdə son günlərdə bir sıra sosial şəbəkə seqmentlərində saxta hesablardan edilən paylaşımlar vasitəsi ilə “AzerGold” QSC-nin rəhbərliyi adından da dırnaqarası investisiya layihəsi ilə bağlı videomüraciətlər tirajlanır.
Bununla yanaşı, mesajlaşma platformalarında dövlət şirkətinin istehsal müəssisələrinin adından qruplar yaradaraq, üzvləri müxtəlif qazanc vədləri altında saxta keçidlərə yönləndirirlər. Dövlət şirkətinin işgüzar nüfuzundan sui-istifadə etməklə təşkil edilən bu cür videomüraciət və kampaniyalar heç bir reallığı əks etdirmir və əsl məqsədi vətəndaşların maliyyə vəsaitlərini ələ keçirməkdir.
“AzerGold” QSC vətəndaşları bu cür addımlara qarşı tədbirli olmağa, Səhmdar Cəmiyyətin fəaliyyəti ilə bağlı məlumatları yalnız şirkətin rəsmi informasiya resurslarından, həmçinin etibarlı mənbələrdən almağa, təqdim edilən keçidlərə daxil olmamağa çağırır. Bu kimi hallarla rastlaşdıqda, dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə edirik.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [09:02]
Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb
- 07.06.2026 [08:56]
Dünya birjalarında neft ucuzlaşıb
- 06.06.2026 [09:55]
Azərbaycan nefti 99 dollara satılır
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [16:31]