“Azəriqaz” İB-də “Açıq qapı” aksiyası davam edir
Bakı, 10 fevral, AZƏRTAC
Havaların kəskin soyuması ilə əlaqədar olaraq təbii qazın qəbulu artır. Buna uyğun olaraq istehlakçıların etibarlı və təhlükəsiz “mavi yanacaq”la təmin olunması həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Məmmədov bildirib.
Onun sözlərinə görə, bu il fevralın 9-da 42 milyon 271 min kubmetr qaz qəbul edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 170 min kubmetr çoxdur.
İB-nin nümayəndəsi onu da diqqətə çatdırıb ki, qaz qəbulu üzrə bu ilin ən maksimal göstəricisi yanvarın 11-də qeydə alınıb və 46 milyon 567 min kubmetr təşkil edib.
Qeyd edək ki, bu gün “Azəriqaz” İB-də “Açıq qapı” aksiyası keçirilir. Aksiyada jurnalistlər, müstəqil blogerlər və ictimaiyyət nümayəndələri iştirak edirlər. Onlayn rejimdə keçirilən aksiyada İB-nin nümayəndələri sualları cavablandırır və həyata keçiriləcək tədbirlər barədə məlumat verirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:22]
İlin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 1,33 trilyon dollara çatıb
- 09.10.2026 [12:46]
ADY-nin Astara Terminalında yük daşımaları 33 faiz artıb
- 09.10.2026 [12:28]
Azərbaycanda üst geyim istehsalı 50 faizdən çox artıb – QRAFİK
- 09.10.2026 [12:07]