“Azəriqaz” İstehsalat Birliyində Neftçilər Günü qeyd edilib
Bakı, 21 sentyabr, AZƏRTAC
SOCAR “Azəriqaz” İstehsalat Birliyində Neftçilər Günü münasibətilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a İstehsalat Birliyindən bildirilib.
Qeyd olunub ki, Azərbaycanın neft-qaz sənayesi işçiləri peşə bayramını hər il olduğu kimi, bu il də yüksək əmək nailiyyətləri ilə qarşılayırlar. Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən yeni strategiya neft-qaz sənayesinin sürətli inkişafına mühüm töhfələr verir.
Görüşdə ötən dövr ərzində görülən işlərdən, gələcək planlardan və əldə olunmuş nailiyyətlərdən danışılıb.