“Azəriqaz” Lənkəranda sahibkarların problemlərini dinləyəcək
Bakı, 30 noyabr, AZƏRTAC
“Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası bu dəfə Lənkəran rayonunda təşkil olunacaq.
İB-dən AZƏRTAC-a bildirilib ki, “Azəriqaz”ın rəhbər şəxsləri Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində (Mədəniyyət evinin qarşısı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. “Səyyar qəbul otağı” dekabrın 2-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [11:18]
GDU-da imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub
- 18.06.2026 [11:08]