“AZƏRİQAZ” XƏTLƏRDƏKİ İTKİLƏRİN QARŞISINI ALMAQ ÜÇÜN SƏYLƏRİNİ ARTIRIR
Ölkəmizin təbii qazla təmin edilməsi istiqamətində görülən işlərdən, əhaliyə və təsərrüfatlara verilən qazın haqqının yığılmasının artırılması və xətlərdə qaz itkilərinin qarşısının alınması tədbirlərindən danışan sədr idxal qazının sərfi, kreditlərin qaytarılmasının vəziyyəti və perspektiv planlar barədə məlumat vermişdir. O bildirmişdir ki, görülən tədbirlər nəticəsində xətlərdəki itkilər minumum həddə endiriləcək, xərclər azaldılacaq, qazın haqqının yığılması həcmi isə artırılacaqdır.
Əlixan Məlikov qeyd etmişdir ki, ötən il qaz xətlərində aparılan əsaslı bərpa işləri nəticəsində bütün təhlükələr aradan qaldırılmışdır.
Cəmiyyətin sədrinin sözlərinə görə, cari ilin iki ayında əhaliyə satılan təbbi qazın haqqının yığılmasında 10 faiz artım vardır.
Axırda natiq KİV nümayəndələrini maraqlandıran sualları cavablandırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:02]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [18:11]
® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
- 30.09.2026 [18:04]
Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar
- 30.09.2026 [17:46]