İQTİSADİYYAT
“Azəriqaz”ın sayğaclara olan tələbatı yerli istehsalçı tərəfindən təmin ediləcək
Bakı, 20 oktyabr, AZƏRTAC
SOCAR “Azəriqaz” İstehsalat Birliyinin (İB) məişət tipli qaz sayğaclarına yaranmış tələbatının ölkədaxili imkanlar çərçivəsində yerli istehsal hesabına tam təmin edilməsi məqsədi ilə İB və "Gəncə Cihazqayırma Zavodu" ASC arasında müqavilə imzalanıb.
İB-dən AZƏRTAC-a bildirilib ki, müqaviləyə uyğun olaraq Birliyin sayğaclara olan tələbatının yerli istehsalçı tərəfindən təmin edilməsi, ilk növbədə, idxaldan asılılığı azaldacaq. Bundan əlavə, yerli sahibkarlığın inkişafına dəstək veriləcək, yeni iş yerləri yaradılacaq, xarici valyutanın ölkədən kənara çıxmasının qarşısı alınacaq. Həmçinin qaz sayğaclarının təmiri və servis xidməti ilə bağlı məsələlərin asanlaşdırılması və bu sahə üzrə xərclərin azaldılması təmin olunacaq.
“Gəncə Cihazqayırma Zavodu” ASC tərəfindən istehsal olunan və “Azəriqaz” İB-yə təhvil verilən məişət tipli qaz sayğacları artıq qaz şəbəkəsində yoxlanılıb və sınaqdan uğurla keçib.